Atlantik okeanın sahillərində köpək balığının artımı müşahidə olunur

362

Hazırda ABŞ-ın şərq sahili yaxınlığında insanlar üçün təhlükəli ola biləcək ən azı 70 böyük köpək balığı var. 

“Seanews.az” xəbər verir ki,  köpək balıqları ən çox Florida, Cənubi Karolina və Rod Aylend sahillərində tez-tez görünür.

Köpək balıqları insanlara nadir hallarda hücumlar edirlər. Bu səbəbdən ABŞ-da hər il maksimum bir nəfər həyatını itirir. 

Köpək balıqlarının insanlara hücumlarını araşdıran Florida Təbiət Tarixi Muzeyinin yaydığı məlumata görə, ötən il köpək balıqları dünyada 10 nəfərin həyatına son qoyub.