Haylend çimərliyində sahilə atılmış delfinlər xilas edilib

293

Florida ştatında güclü dalğa səbəbindən dənizdən 20 metr aralıya atılmış dörd ağ dimdikli delfin xilas edilib.

“Seanews.az” xəbər verir ki, hadisə iyunun 20-də baş verib.

Hadisə barədə xilasedicililəri çimərliyin əməkdaşı məlumatlandırıb. Bundan sonra xilasedicilər əraziyə gəliblər. 

“British Divers Marine Life Rescue” (BDMLR) şirkətinin xilasediciləri ayın 21-də saat 03:30-a qədər xilasetmə işlərini tamamlamağa nail olublar.

Xilasetmə prosesi ərzində sahil mühafizə xidmətinin tibb işçiləri delfinləri şaquli vəziyyətdə saxlayıb və bədənləri qurumasın deyə onların üstünü yaş yorğanlarla örtüblər.

Xilasedicilər dalğa geri qayıtdıqdan sonra heyvanları dənizə qaytara biliblər.

Ağ dimdikli delfinlər əsasən Atlantik okeanda üzürlər.