“One Hawk” konteyner gəmisinin Panama kanalından ilk keçidinin videosu yayımlanıb – VİDEO

316

“Ocean Network Express” şirkəti  “One Hawk” konteyner gəmisinin Panama kanalından ilk keçidinin videosunu yayımlayıb.

“Seanews.az” xəbər verir ki, Panama kanalı administrasiyası ərazidəki suya oturma səviyyəsini artırdıqdan sonra buradan “Neopanamax” tipli gəmi ilk dəfə keçid edib.

Hazırda Panama kanalında suya oturma səviyyəsi 26.1 metrə bərabərdir.

Adıçəkilən gəmi Panama kanalından iyunun 9-da keçid edib. Tutumu 14 min TEU olan üzən vasitənin uzunluğu 364.15, eni 50.6 metr, suya oturumu 11.5 metrə bərabərdir.

Konteyner gəmisi Sakit okeandan Atlantik okeana sarı şimal istiqamətində hərəkət edib. Gəminin marşrutu ABŞ, Çin, Cənubi Koreya, Kolumbiya, Nyu York, Şimali Karolina və Corciya limanlarını əhatə edir.