Ötən ay dəniz limanlarında 831,2 min ton yükləmə-boşaltma işləri həyata keçirilib

226

May ayında dəniz limanlarında 831,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yüklərin 737,7 min tonunu tranzit yükləri təşkil edib.

Keçən ay dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 1000 nəfər olub.