Qayanada neft tankerində partlayış baş verib

222

Qayananın Demerara çayı ərazisində tankerdə yanacağın partlayışı zamanı azı üç nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə EFE agentliyi bildirib.

Məlumata görə, gəmi təmirdə imiş, çənlərdən yanacağın sızması zamanı partlayış baş verib. Qeyd edilir ki, hadisəyə təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəb olub.

Partlayış nəticəsində yaralananların olub-olmaması barədə məlumat verilmir.