Dünya bazarlarında təbii qaz bahalaşıb

205

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

“APA-Economics”in məlumatına görə, avqustda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,06% artaraq 3,59 ABŞ dolları təşkil edib.