Yarım ilə Ceyhan limanından 99 milyon bareldən çox BTC nefti nəql edilib v

222

Bu ilin ilk yarım ilində Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən “BOTAS International Limited” (BIL) şirkəti Ceyhan terminalından 99,096 milyon barel xam neft nəql edib.

“Report” şirkətə istinadən xəbər verir ki, bu həcmdə xam neft 137 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

Ümumilikdə indiyə qədər limandan 3 milyard 670 mliyon barelə yaxın xam neft 4 796 tankerə yüklənib.

BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftin ilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub.