Xəzərdəki yanğınla bağlı SOCAR-dan açıqlama

195

“SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, iş normal rejimdə davam edir”.

“Report” xəbər verir ki, bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov özünün feysbukdakı səhifəsində bildirib.

“Əlavə məlumat olarsa, ictimaiyyəti məlumatlandıracağıq”, – deyə o vurğulayıb.