Xəzər Dəniz Gəmiçiliyinin donanmasına məxsus hər hansı gəmidə partlayış baş verməyib – RƏSMİ+VİDEO

191

Xəzər dənizində baş verən hadisənin tankerdə partlayış olduğuna dair sosial şəbəkələrdə yayılmış iddialara aydınlıq gətirilib.

Bu barədə Oxu.Az-a Xəzər Dəniz Gəmiçiliyinin (QSC) mətbuat katibi Mehman Mehdiyev məlumat verib.

O bildirib ki, sosial şəbəkədə Xəzərdə qeydə alınan partlayaşın tankerlə əlaqələndirilməsi çaşqınlıq yaradır:

“Bəzi şəbəkə istifadəçiləri partlayışla bağlı müxtəlif iddialar irəli sürür. Bu kimi məlumatlar insanlar arasında bir qədər çaşqınlıq yaratdığından bildirmək istərdik ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanmasına məxsus hər hansı gəmidə partlayış baş verməyib”.