“Dənizdə göstərdiyi xüsusi şücaətə görə” medalı sahibinə təqdim edilib

242

Vyetnamlı xilasedici Tran Van Hoy Beynəlxalq Dəniz Təşkilatının (İMO) “Dənizdə göstərdiyi xüsusi şücaətə görə” medalına layiq görülüb.

“Seanews.az” xəbər verir ki,  Tran Van Hoy ötən ilin oktyabrında “Vietship-01” adlı yük gəmisində baş vermiş qəza zamanı dənizçiləri xilas etmək üçün bir neçə dəfə dənizə baş vurub. O, heyət üzvlərini təxliyə etmək məqsədilə gəmiyə dəfələrlə qayıq və katerlə daxil olmağa cəhd edib. Buna baxmayaraq, fırtınalı hava şəraiti səbəbindən dənizçiləri yalnız helikopter vasitəsilə təxliyə etmək mümkün olub.

Beynəlxalq Dəniz Təşkilatı daha 7 ölkənin vətəndaşını müxtəlif nominasiylar üzrə təltif edib.