Çin sualtı pilotsuz aparatı ilə bağlı təfərrüatları açıqladı

221

Çin sualtı hədəflər üçün istehsal olunan pilotsuz aparatı inşaat layihəsinin 1990-cı illərə aid olduğu bildirilsə də, vasitənin xüsusiyyətlərinin detalları yeni paylaşılıb.

“South China Morning Post” xəbər verir ki, sözügedən aparat 10 il əvvəl insanlardan kənarlaşdırılan Tayvan boğazında sınaqdan keçirilib və “su gəmisini aşkar etmək, mənbəyini təyin etmək üçün süni zəkadan istifadə etmək və torpedo ilə vurmaq” gücünə sahibdir.

Layihənin Çin Xalq Qurtuluş Ordusu tərəfindən maliyyələşdirildiyi qeyd olunub.

Çinin sualtı pilotsuz aparatının sınaqdan keçirilməsi ilə bağlı xəbərin niyə indi açıqlandığı məlum deyil.

Tayvanla son gərginliyin bu qərara təsiri ola biləcəyi qeyd edilir.