“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin Nizamnaməsində dəyişiklik edilib

186

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsində dəyişiklik edilib.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 202 № li Qərara dair izahında deyilir.

Qərarla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsində həmin cəmiyyətin və onun idarə, filial və nümayəndəliklərinin, habelə törəmə hüquqi şəxslərinin fəaliyyət istiqamətləri üçün lisenziya və icazə alınması məsələlərinə dair müddəa ləğv edilib.