“Ever Given”in sahibini minlərlə məhkəmə prosesi gözləyir

265

Cari ilin mart ayında Süveyş kanalını bir həftə boyu bağlayan “Ever Given” konteyner gəmisinin sahibi Shoei Kisen Kaishanı  ayrı-ayrı yük sahibləri ilə yanaşı, gəminin operatoru “Ever Given”lə də məhkəmə çəkişməsi gözləyir.  Beləliklə, onun minlərlə iddia ilə qarşılaşacağı ehtimal olunur.

“Seanews.az” xəbər verir ki, gəmi sahibinə qarşı gələcək məhkəmə çəkişmələrinin miqyası bu həftə Londonun Beynəlxalq Arbitraj Məhkəməsinin ilk iclasında vəkillərin hər hansı bir potensial iddianın iki ay müddətinə dayandırılması üçün məhkəmə qərarı almasından sonra açıqlanıb.

Gəmi sahibinin vəkili Stuart Buckinghamın dediyinə görə, məhkəmənin bu qərarı, oxşar və ya üst-üstə düşən iddiaları qruplaşdırmağa imkan verəcək. Bu da məhkəmə müddətinin və məhkəmə icraatının xərclərinin azalmasına səbəb olacaq.

“Növbəti məhkəmə iclası gəmi sahibi ona qarşı irəli sürülən iddialar barədə əlavə məlumat alandan iki ay sonra baş tutacaq”,-deyə Styuart Buckingham bildirib.  

Gəmi sahibinin özü isə bu fikirdədir ki, o, konteyner gəmisi ilə əlaqədar hadisəyə görə məsuliyyət daşımamalıdır. Onun sözlərinə görə, Süveyş kanalında saya oturanda bələdçilər gəminin göyərtəsində olublar.

İngiltərədə qərar qəbul edilənədək hər hansı bir məhkəmə çəkişməsi illərlə uzanır. Bəziləri arbitraj məhkəməsində həll edilir. Bu isə çox uzun və bir qayda olaraq bahalı məhkəmə döyüşlərinə alternativdir.