Ölkədə çıxarılan neft və qazın həcmi açıqlandı: Qaz hasilatı artıb

396

Mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 14,5 milyard manat olub.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, əvvəlki ilin yanvar-iyun aylarına nisbətən ümumi dəyər 3,7 faiz azalıb.

Sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 17,1 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 15 milyard kub metr təşkil edib.

Əmtəəlik neft hasilatı 3,7 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 8,8 faiz artıb.