TRACECA-nın Azərbaycan hissəsində tranzit daşımalar 8%-dən çox artıb

260

Bu ilin yanvar-may aylarında Avropa-Qafqaz-Asiya nәqliyyat dәhlizinin Azәrbaycan hissәsindә daşınmış yüklәrin hәcmi 17 024,8 min ton, yük dövriyyәsi isә 4 017,9 mln. ton-km olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü müqayisədə 1 801,3 min ton və yaxud 9,6 % azdır.

Son 1 ildə yük dövriyyəsi isə 161,2 mln. ton-km və yaxud 3,8 % azalıb.

Hesabat dövründə yüklərin 9 501,6 min tonu və yaxud 55,8 %-i avtomobil nəqliyyatı, 5 568,6 min tonu və ya 32,7 %-i dəmir yolu nəqliyyatı, 1 954,6 min tonu və yaxud 11,5 %-i dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 23,4%-ni və yaxud 3 980,9 min tonunu tranzit yüklər təşkil edib ki, bu da illik müqayisədə 303,2 min ton və yaxud 8,2% çoxdur.