“Wallenius Lines” şirkəti LNG ilə çalışan yeni gəmilər sifariş edib

287

“Wallenius Lines” gəmiçilik şirkəti Çinin “CİMC Raffles” gəmiqayırma zavodu ilə LNG ilə çalışan 6 ədəd avtomobil daşıyan gəminin inşasını sifariş verib.

“Seanews.az” xəbər verir ki, yeni gəmilər İsveç bayrağı altında üzəcəklər.

Tullantıları əhəmiyyətli dərəcədə aşağı olacaq yeni gəmilərin uzunluğu 200, eni isə 37 metr olacaq.