1950-ci illərdə elm adamları iddi edirdilər ki, 2000-ci ilə qədər uçan maşınlarımız olacaq.İllər keçdi və bu gün artıq uça bilən, hətta “suda-quruda yaşamağı” bacaran avtomobillər ixtira edildi.
Lent.az Rusiya KİV-ə istinadən ikili istifadə üçün əlverişli HydroCar adlandırılan amfibiya avtomobilindən bəhs edəcək.
Las Vegasda “Barrett-Jackson” hərracına çıxarılan sözügedən avtomobil anındaca alınıb. 9.3 litrlik Chevrolet V8 ilə təchiz olunmuş, HydroCar 762 at gücündədir.
Lakin avtomobilin hərracda neçəyə satıldığı açıqlanmayıb. Onu deyə bilərik ki, hələ 2019-cu ildə amfibiyanın yaradıcısı Rik Dobbertin onu 777 min dollara satışa çıxarmışdı. Bu maşının yaradılmasına, təxminən 10 il vaxt sərf edilib. HydroCar alüminium və paslanmayan poladdan hazırlanı. İki oturacaqlı maşın 6.8 metr uzunluğundadır.
Amfibiyanın fotolarını təqdim edirik: