“Sibir” seriyasından ilk buzqıran ilin sonunda istismara veriləcək

256

22220 layihəsi əsasında inşa edilən “Sibir” seriyasından ilk buzqıran gəmi ilin sonunda istismara veriləcək.

“Seanews.az” xəbər verir ki, bu barədə “Rosatom” dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçev danışıb. O bildirib ki, istismara verilməsi tarixi bir qədər arxaya atılsa da, buzqıran uzağı ilin sonuna kimi işə salınacaq.

Qeyd edək ki, “Sibir”seriyasından ilk buzqıran gəminin təməli 2015-ci il mayın 26-da qoyulub. Bir neçə aydan sonra buzqıranın dəniz sınağına çıxacağı gözlənilir.