Sankt-Peterburqda “ST-192” layihəli “Mexanik Sizov” gəmisi suya buraxılıb

225

Sankt-Peterburqda “ST-192” layihəli “Mexanik Sizov” gəmisi suya buraxılıb.

“Seanews.az”-ın məlumatına görə, gəmi bütün həyatı boyu sular qoynunda çalışan dənizçi və balıqçı Vladimir Sizovun adını daşıyır.

“Mexanik Sizov” balıq ovlayan gəminin özülü 2020-ci ilin iyununda “Admiral tərsanələri”ndə qoyulub. Ümumilikdə, müəssisə “Rusiya Balıqçılıq Şirkəti” üçün 10 belə gəmi inşa etməlidir.

Gəminin uzunluğu 108 metr, eni 21 metr, yük anbarlarının tutumu 5500 kubmetr, sürəti 15 uzel, balıq emalı kompleksinin işçiləri də daxil olmaqla heyəti 139 nəfərdir.

Gəmi Rusiya Federasiyasının şərq sahillərində, Barents və Oxot dənizlərində balıq ovlamaq üçün inşa edilib. Yeni gəmilərin texniki imkanları okeanlarda Rusiya balıqçılıq donanmasının mövqeyini daha da gücləndirəcək.