Britaniyanın ticarət donanması Oman sahillərində gəmiyə hücum edildiyini bildirdi

209

Birləşmiş Krallıq Dəniz Ticarət Təşkilatı Ərəb dənizində Oman sahillərində gəmiyə hücum edildiyini bildirib.

Trend-in məlumatına görə, bu barədə təşkilatın saytına xəbər verilib.

Məlumata əsasən, hücum ötən gün axşam törədilib. Gəminin növü və digər təfərrüatlar haqqında hələ məlumat verilməyib.

Hadisənin araşdırılmasına başlanılıb.