İsrail gəmisi Ərəbistan dənizində hücuma məruz qalıb

214

Ərəbistan dənizində Liberiya bayrağı altında üzən, İsrailin “Zodiac Maritime LTD” şirkətinin idarəçiliyində olan “Mercer Street” tankeri hücuma məruz qalıb.

“Report” AP-yə istinadən xəbər verir ki, tanker Oman sahillərində hücuma məruz qalıb. Tankerin atəşə tutulması nəticəsində Böyük Britaniya və Rumıniya vətəndaşı olan iki nəfər heyət üzvü həyatını itirib.

“Dryad Global” portalı gəminin drondan atəşə tutulduğu ehtimalını qeyd edib.