Tayland milli gəmiçilik şirkəti yaratmaq istəyir

230

Tayland hökuməti Limanlar idarəsinə 2022-ci ilin ortalarına qədər ölkənin xarici gəmilərdən asılılığını və ixracatçıların nəqliyyat xərclərini azaltmaq məqsədi ilə milli gəmiçilik şirkəti yaratmağı tapşırıb.

“Seanews.az” xəbər verir ki, bu barədə “Drewry” konsaltinq agentliyinin konteyner bazarının araşdırılması üzrə baş meneceri Simon Hini  “The Loadstar” nəşrinə danışıb.

O bildirib ki, mövcud gəmi qiymətlərini və icarəyə götürülə bilən gəmilərin sayının azlığını nəzərə alsaq, kifayət qədər böyük investisiya tələb olunacaq: “Yeni gəmilərin inşası təxminən iki il çəkəcək, başqa sözlə, bu layihə o vaxt gerçəkləşəcək ki, artıq problemin özü mövcud olmayacaq. Aydındır ki, bəzi ölkələr ixrac potensialı üçün həddindən artıq yüksək yükdaşıma qiymətləri riskindən narahatdırlar.  Düşünürəm ki, gələcək böhranları azaltmağın bütün yolları araşdırılmalıdır.”

Bu, Taylandın dövlət gəmiçilik şirkəti qurmaqla bağlı ikinci cəhdidir. Hökumət 1940-cı ildə bir müddət sonra ekspeditor şirkətinə çevrilən,  2005 -ci ildə isə tanker biznesinə keçən  “Thai Maritime Navigation” -ı qurdu. 2011 -ci ildə fəaliyyətinə son qoymaq planlaşdırılsa da, şirkət hələ də mövcuddur.

Tayland artıq əsasən Asiya daxili marşrutlarda işləyən Regional Konteyner Xəttlərinə (RCL) malikdir. RCL -in ən böyük səhmdarı isə 44% payla “Ngow Hock” Tayland ticarət konsernidir .