Böyük Pyotr dövründəki “Poltava” gəmisinin surəti olan yelkənli gəmi Sankt-Peterburqun sahillərində lövbər salıb.
“Seanews.az” xəbər verir ki, “Poltava” cari il iyulun 25-də Rusiya Hərbi Dəniz Donanmasının Neva sularında keçirilən paradında gəmilərin önündə gedib. Yelkənli gəmi hazırda daimi bazasına köçməyə hazırlaşır.
4-cü dərəcəli 54 silahlı “Poltava” döyüş gəmisi 1712-ci il iyunun 15 (26)-də Sankt-Peterburq Admirallığının tərsanəsində suya buraxılıb. Tikintisi Birinci Pyotrun şəxsi nəzarəti altında həyata keçirilib. Yelkənli gəmi Poltava döyüşündə rusların isveçlilər üzərində qazandığı qələbənin şərəfinə belə adlandırılıb.
Böyük Pyotr dövründəki “Poltava” yelkənli gəmisinin surəti isə Sankt-Peterburqdakı eyniadlı gəmiqayırma zavodunda inşa edilmişdir ki, bu da Rusiya Federasiyasında tarixi və müasir yelkənli donanma ilə əlaqəli yeganə müəssisədir. Gəminin tikintisinə 2013-cü ildə başlanmışdı.