İranın “Paya” quru yük gəmisi Həştərxan limanında saya oturub

164

İranın “Paya” quru yük gəmisi dünən Həştərxan limanında saya oturub.

“Seanews.az”-ın əldə etdiyi məlumata görə, gəmi Həştərxandan Əmirabad limanına gedirmiş. Limandan çıxarkən quru yük gəmisi saya oturub. 12 heyət üzvündən heç kim xəsarət almayıb. Gəmidə yalnız boş konteynerlər olub. “Paya” gəmisinin 14 günlük ərzaq ehtiyatı var.

Gəminin korpusu zədələnməyib, dənizin çirklənməsi faktı qeydə alınmayıb. Kanal boyunca gəmilərin hərəkətində heç bir məhdudiyyət yoxdur.