20 il fəaliyyət göstərməyən limanın bərpası üçün özəl investorlardan vəsait cəlb ediləcək

216

Kostroma vilayətindəki çay limanının bərpası  və daha da inkişaf etdirilməsi üçün özəl investorlardan vəsait cəlb ediləcək. Bununla belə, yükaşırma müəssisəsinin əmlak kompleksi vilayətin mülkiyyətində qalacaq.

“Seanews.az” xəbər verir ki, Kostroma çay limanı təxminən 20 ildir fəaliyyət göstərmir. Kompleks federal mülkiyyətdə olub, qismən və müəyyən müddətə sahibkarlara icarəyə verilib.

Müəssisə    dövlət payı olan səhmdar cəmiyyət şəklində fəaliyyət göstərəcək. Limanın idarəçiliyi “Kostromaavtodor”a etibar ediləcək. 

“Səmərəli işləyəcək, inşaatçılara, yol işçilərinə, ağac emalçılarına xidmət göstərəcək güclü bir müəssisə yaratmaq çox vacibdir. Müəssisə, həmçinin Xəzəryanı ölkələrlə işləməkdə maraqlıdır ”, – deyə Kostroma vilayətinin qubernatoru Sergey Sitnikov vurğulayıb. 

Çay limanının infrastrukturundan, Volqa üzərindəki ikinci körpünün və Kostromanı yan keçəcək yolun inşası zamanı böyük miqdarda zəruri materialların tədarükü üçün istifadə edilməsi planlaşdırılır.

Vilayətin rəhbəri limanının bərpası layihəsində özəl investorların iştirakının hüquqi mexanizmlərini müəyyənləşdirməyi tapşırıb.