Böyük Britaniya xidmətini başa vurmuş iki gəmisini Ukraynaya verəcək

164

Böyük Britaniya, Hərbi Dəniz Qüvvələrində xidmətini başa vurmuş iki gəmisini Ukraynaya təhvil vermək niyyətindədir. Bu barədə Kral Hərbi Dəniz Qüvvələrinin saytında bildirilir.

Avqustun 4-də Şotlandiyadakı hərbi dəniz bazasında iki mina gəmisi – “HMS Blyth” və “HMS Ramsey” ilə vida mərasimi keçirilib. Bu gəmilərin xidmət müddəti müvafiq olaraq 20 və 21 ildir.

İngiltərə Hərbi Dəniz Qüvvələrinin açıqlamasında deyilir: ““HMS Blyth” və “HMS Ramsey”! Əlvida və xidmətinizə görə təşəkkür edirik. İki mina ovçusu olaraq, 41 illik kollektiv xidmətdən sonra istefaya göndərilirsiniz”.

Sənəddə bu gəmilərin Yaxın Şərqdə və Birləşmiş Krallıq sahillərində əməliyyatlara dəstək verdikləri, NATO-nun Aralıq dənizi və Şimali Avropadakı missiyalarında iştirak etdikləri də xüsusi qeyd olunur.