İsrail Hayfa limanını satır

218

Dörd investisiya qrupu İsrailin 600 milyon dollar dəyərində olan Hayfa limanını satın almağı düşünür.

“Seanews.az”-ın xarici KİV-lərə istinadən xəbər verir ki, İsrail dövlətə məxsus limanlarını satır və rəqabəti stimullaşdırmaq və xərcləri azaltmaq üçün yeni özəl körpülər tikir. Qonşu ərəb ölkələri ilə münasibətlərin istiləşməsi yeni ticarət imkanları yaradır və Hayfa regional mərkəzə çevrilməsi üçün kifayət qədər yaxşı mövqedədir.

Çinin “Şanxay Beynəlxalq Liman Qrupu” tərəfindən idarə olunan yeni konteyner terminalı bu il fəaliyyətə başlayacaq və Hayfa limanının rəqabətə davamlığı üçün təkmilləşdirilməsi lazımdır.

İsrail, Avropa, Hindistan və hətta İsraillə münasibətləri keçən il normallaşan Birləşmiş Ərəb Əmirliklərindən limanı ilə maraqlananlar var.  

Hökumətə məxsus şirkətin satışa məsul nümayəndəsinin dediyinə görə, qalib ilin sonuna qədər müəyyən ediləcək və 2022-ci ilin əvvəlində Hayfa limanını yeni sahibinə mülkiyyət hüququ veriləcək.