Avropada qazın qiyməti 550 dolları ötüb

186

Avropada sentyabr üzrə qazın fyuçers qiyməti min kubmetr üçün 550 ABŞ dolları həddini keçib.

“APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində təbii qazın min kubmetr üçün fyuçers qiyməti 550,26 dollara çatıb. Gündəlik artım 2,55% təşkil edib.