İtkin düşən gənc azərbaycanl dənizçi hələ də tapılmayıb

502

Qara dəniz sularında “ONEY Z” gəmisinin göyərtəsində olan 23 yaşlı azərbaycanlı Nəsirzadə Turan itkin düşüb.

Müstəqil.Az-ın əldə etdiyi məlumata görə Turan Nəsirzadə ADDA-nın “Dəniz Naviqasiyası mühəndisliyi” fakultəsinin   2020-ci il məzunudur.

Soydaşımızın itkin düşdüyü “ONEY Z”  gəmisi  Türkiyə şirkətlərindən birinə məxsusdur.

23 yaşlı azərbaycanlı dənizçi itkin düşüb

Turanın çıxması avqustun 7-də səhər saat 10-da məlum olub. Bir neçə saat sonra gəminin heyəti axtarışlara kömək üçün Bolqarıstan Hərbi Dəniz Qüvvələrinə müraciət edib.

“Varnadan 80 mil şərqdə siqnal aldıq. Əraziyə baxış keçirmək üçün helikopter göndərilsə də, dənizçi tapılmadı. Axtarış əməliyyatı Türkiyənin ərazi sularında davam edir”.

Qeyd olunur ki, gəmi Ukraynadan İspaniyaya üzürmüş.