Qlobal istiləşmə yaxın illərdə siyənək və sardina balıqlarının kökünü kəsəcək-Elmi araşdırma

302

Elmi araşdırmalar qlobal iqlim dəyişiklikləri nəticəsində ançous, siyənək və sardina kimi balıq növlərinin yaxın illərdə kökünün kəsiləcəyini göstərir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Nature Climate Changе” jurnalında xüsusi yazı dərc olunub.

Aparılan tədqiqatlar dünya okeanında hərarətin daha sürətlə yüksəldiyini və balıqların tələf olduğunu göstərib.

Araşdırma müəllifləri yaranan situasiyanın təkcə balıqların populyasiyası üçün deyil, həm də bütövlükdə bəşəriyyət üçün təhlükə doğurduğu barədə xəbərdarlıq ediblər. İqlim dəyişiklikləri insanların qidası üçün əhəmiyyətli sayılan balıqların yox olmasına və beləliklə ciddi ərzaq böhranına yol aça bilər.

Çili və britaniyalı ekspertlər tərəfindən həyata keçirilən araşdırmalarda 150 milyon il ərzində balıqların yayılma tempi izlənilməyə çalışılıb. Burada əsas diqqət balıqların bütün dünyada ən çox rast gəlinən “Clupeiforms” növünə yetirilib. Həmin sinfə ançouslar, Atlantik siyənəklər, yapon sardinası, Sakit okean siyənəyi və Cənubi Amerika sardinası daxildir.

Məlum olub ki, bu vaxta qədər balıqlar son min il ərzində okean temperaturunun orta hesabla 0,8 °C artması şəraitində yaşayıblar. Bu isə 1981-ci ildən bəri on il ərzində mövcud olan 0.18 ° C istiləşmə sürətindən çox aşağıdır.