Pakistan milli gəmi layihəsi çərçivəsində “Babur” gəmisi İstanbulda suya buraxılıb-FOTO/VIDEO

229

İstanbulda yerləşən Gəmiqayırma Zavodunda Pakistan MİLGEM (Milli gəmi) layihəsi çərçivəsində birinci gəmi “Babur”un (F-280) suya salınması və sahil patrul gəmi layihəsinin birinci “Akhisar” (P-1220) katerin ilk qaynağının vurulması münasibətilə mərasim keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə iştirak edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Prezidenti Arif Alvi iki dost və qardaş ölkənin münasibətlərinin dinamik inkişafından və məqsədlərindən bəhs ediblər.

Mərasimdə çıxış edən Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Kastamonu, Bartın və Sinop vilayətlərində sel fəlakətindən dünyasını dəyişənlərə Allahdan rəhmət, eləcə də Kahramanmaraşda yanğınsöndürmə təyyarəsinin qəzaya düşməsi nəticəsində həyatını itirən türkiyəli və rusiyalı heyət üzvlərinə görə başsağlığı verərək, gündəlikdə olan məsələlərə, o cümlədən Əfqanıstandakı proseslərə münasibət bildirib. Türkiyə-Pakistan qardaşlıq münasibətləri yüksək dəyərləndirilib.

Mərasimdə çıxış edən Pakistan Prezidenti Arif Alvi vurğulayıb ki, fərqli mədəniyyətə və dilə sahib olsaq da bir xalqıq. Dövlət başçısı vurğulayıb ki, Pakistan bundan sonra da Şimali Kipr türk qardaşlarının yanında olacaq