Yeni bərə təxminən 750 nəqliyyat vasitəsi daşıya biləcək

274

Finlandiyanın “Rauma Marine Constructions” tərsanəsində yeni yüksəksürətli və ekoloji cəhətdən təmiz “MyStar”gəmisinin inşasına keçən ilin yazında start verilib.  

“Seanews.az” xəbər verir ki, koronavirus böhranı tikintinin sürətini bir qədər azaltsa da, işlər əsasən cədvəl üzrə gedir.

“Keçən il kiçik gecikmələr oldu, məsələn, baharda bir neçə işçidə koronavirus aşkarlandığı üçün gəmiqayırma zavodunda iş bir müddət dayandırıldı. Hazırda gəminin tikintisi  davam etdirilir və 2022-ci ilin birinci rübündə bərə xəttə çıxacaq. Hətta önümüzdəki aylarda, “MyStar-ın ilk səfərin nə vaxt olacağını açıqlayacağıq,”-deyə “Tallink”-in sözçüsü Katri Link bildirib.

Yeni yüksəksürətli gəmi iki yanacaqla işləyən mühərriklərlə təchiz ediləcək. Əsas yanacaq kimi, mayeləşdirilmiş təbii qazdan (LNG) istifadə olunacaq. Gəmi eyni vaxtda 2800 sərnişin və təxminən 750 nəqliyyat vasitəsi daşıya biləcək.

Uzunluğu 202metr, eni 30,6 metr olan yeni gəminin dəyəri 250 milyon avro qiymətləndirilir.