Bakı Limanında növbəti uğurlu təlim keçirilir

216

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə “Avtoyükləyici operator” ixtisası üzrə qısamüddətli təlimlər keçirir. Təlimlərə cəlb edilən 15 nəfər şəxs 3 qrupa ayrılaraq, 17 gün müddətində tədris prosesinə cəlb olunublar. Təlimlərin nəzəri hissəsi hər qrup üçün 2 gün olmaqla Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilib və hazırda tələbələr Bakı Limanının Ələt qəsəbəsində yerləşən təlim kompleksində praktiki təlimlərə cəlb olunublar.

Burada, tələbələrə BakıLimanının Təlim Mərkəzinin peşəkar mütəxəssisləri tərəfindən çəngəlli avtoyükləyicilərdən istifadə qaydası əyani şəkildə öyrədilir və onlar, avtoyükləyicinin iş prinsipi, istifadə qaydası, müxtəlif təyinatlı yüklərin daşınması üsullarına əyani şəkildə yiyələnirlər. Eyni zamanda, hər bir qrup üçün liman ərazisində informativ turlar təşkil edilir və Bakı Limanının texniki imkanları və iş prinsipi haqqında məlumat verilir.

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara isə sertifikat təqdim olunacaq.