Mühafizəçilər gəmiyə hücum edən Somali quldurlarını qovublar

192

“Dryad Global” xəbər verir ki, adı açıqlanmayan gəminin təhlükəsizliyini təmin edənlər gəmiyə qayıqdan atəş açan beş quldurla savaşa giriblər.

Bir saat davam edən atışma nəticəsində quldurlar sahilə doğru çəkilmək məcburiyyətində qalıblar.

Somalinin Moqadişu şəhərindən 100 dəniz mili şimal-şərqdə baş verən hadisə zamanı mühafizəçilərdən və heyət üzvlərindən xəsarət alan olmayıb.

“Seanews.az”