Azərbaycanda dəniz nəqliyyatı ilə yük və sərnişin daşımaları azalıb

261

Azərbaycanda dəniz nəqliyyatı ilə 2021-ci ilin yanvar-iyul aylarında daşınmış yüklərin həcmi 3 230,1 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə daşınmış yüklərin 37,1%-i neft yükləri təşkil edib.

“Dəniz limanları tərəfindən 5 184,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 4 937,1 min tonunu və ya 95,2%-i tranzit yüklər təşkil edib”, – məlumatda qeyd edilir.

Məlumata görə, 2021-ci il avqust ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 136,5 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2020-ci ilin müvafiq dövrünə nisbətən 31,4% azalaraq 8,1 min nəfər olub.