Ukraynada gələn ildən körpülərdən keçməyə görə haqq ödənilməyəcək

208

Ukraynada gəmilər keçərkən açılan körpülərin qaldırılmasına görə ödənilən haqq ləğv edilir.

“Seanews.az” xəbər verir ki, Ukrayna Nazirlər Kabineti, “Ukrayna Dəmir Yolları Nizamnaməsinin 99-cu maddəsinə dəyişikliklər edilməsi haqqında” qərar qəbul edib.   Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Qərara əsasən, Ukraynanın daxili su yollarında açılan körpülərin sahibləri gəmilərin vaxtında və təhlükəsiz keçməsi üçün körpülərin  zəruri naviqasiya vasitələri və avadanlıqların olmasını və etibarlı işləməsini;  gəmilərin və üzən obyektlərin keçməsi üçün körpülərin pulsuz qaldırılmasını, döndərilməsini; naviqasiya zamanı daxili su yollarının müəyyən hissələrində il ərzində görüləcək profilaktika və təmir işləri haqqında məlumatların əvvəlcədən Ukrayna Dövlət Dəniz və Çay Nəqliyyatı Xidmətinə təqdim olunmasını təmin etməlidirlər.  

“Ukrayna limanları”na görə, hazırda yükdaşıyanlar açılan körpülərin qaldırılması üçün müəyyən haqq ödəyirlər ki, bu da çay gəmiçiliyinin inkişafına və su nəqliyyatı ilə yükdaşımaların həcminin artmasına mənfi təsir göstərir.