İlin əvvəlindən Türkiyə limanlarına 29 302 gəmi yan alı

184

2021-ci ilin yanvar-iyul aylarında Türkiyə limanlarına 29 302 gəmi yan alıb. Onlardan 8842-si Türkiyə, 20.460-ı digər ölkələrin bayraqları altında üzən gəmilərdir. 

“Seanews.az” xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb. 

Çanaqqala limanı ilin əvvəlindən 272 gəmi, o cümlədən, Türkiyə bayrağı altında 147, digər ölkələrin bayraqları altında 125 gəmi qəbul edib.

Keçən ay Türkiyə limanlarına ümumilikdə 4.204 gəmi yan alıb ki, onların da 1.298-i Türkiyə bayrağı altında, 2.906-sı digər ölkələrin bayraqları altında üzən müxtəlif gəmilər olub.