Yaponiyanın balina ovu üzrə ixtisaslaşan şirkəti yeni gəminin inşasına 55 milyon dollar sərmayə qoyacaq

204

Yaponiyanın balina ovu üzrə ixtisaslaşan “Kyodo Senpaku” şirkəti yeni gəminin inşasına 55 milyon dollar sərmayə qoyacaq. Yeni gəmi 30 ildən artıq  balina ovu ilə məşğul olan köhnə “Nisshin Maru”-nu əvəz edəcək.

“Seanews.az” xəbər verir ki, balina ovuna qarşı çıxan fəallar xərc və uzunmüddətli borc yükünün  bazarında balina ovu ilə məşğul olan sonuncu Yaponiya şirkətini də bu işdən uzaqlaşdıracağına ümid edirlər.

“Maritime Executive” yazır:”Balina ovu kommersiya baxımından zərərli bir sahədir, bir zamanlar Antarktidaya çatan sərhədi, 2018-ci ildən etibarən Beynəlxalq Balina Komissiyasından çıxan Yaponiyanın milli suları ilə əhatələnir. Bu sahə hazırda elmi-tədqiqat fəaliyyəti kimi deyil, ticari balıqçılıq kimi təsnif edilir. Balina ovu dövlət subsidiyaları ilə dəstəklənir. Balina əti Yaponiyada sevilən qidalardan deyil, ölkənin ümumi ət istehlakının 0,1%-ni təşkil edir. Yaponiya Balıqçılıq Agentliyinin məlumatına görə, balina ovu kvotası 1,5 min ton müəyyən edilib.”

“Kyodo Senpaku” da etiraf edir ki, bu həcm dövlət dəstəyi olmadan mənfəət əldə etmək üçün kifayət deyil. Bununla belə, şirkət hələ də yeni gəmiyə kreditlər və balina ovu ilə əlaqəsi olmayan digər mənbələr hesabına investisiya qoymaq niyyətindədir.

Şirkətdə kiçik balina donanmasını saxlamaq üçün qeyri-kommersiya səbəbinin də olduğuna inanırlar. “Balina ovu, 70 il əvvəl qıtlıq dövründə olduğu kimi,  Yaponiyanın ərzaq təhlükəsizliyini dəstəkləyə bilər. Yaponiyada sənaye miqyaslı balina ovu əməliyyatları İkinci Dünya müharibəsi bitdikdən dərhal sonra başladı. Daha sonra əhalini qıtlıq şəraitində qida ilə təmin etmək üçün balina ətindən istifadə etmək təklif edildi.”-deyə “Kyodo Senpaku” xatırlatdır.

Ətraf mühit fəalları isə əmindirlər ki, balina əti yeyən yaponların sayı ildən-ilə azalır, buna görə balina ovlamaq artıq o qədər də vacib deyil. Hökumət büdcədən balina ovlamağı dəstəkləməməlidir, çünki bu iş özəl şirkətlər tərəfindən aparılır.

“Kyodo Senpaku” Yaponiya hökumətindən hər il subsidiya alırdı, lakin indi bunlar 9 milyon dollarlıq kredit paketi ilə əvəz edilmişdir. “Nisshin Maru”- nun saxlanması ildə 6-7 milyon dollara başa gəlir. Yeni gəminin dəyəri 55 milyon dollar qiymətləndirilir ki, bu da Yaponiyada bütün balina ovu sənayesinin illik gəlirindən iki dəfə çoxdur.