Mərakeş dənizçiləri 438 miqrantı xilas ediblər

181

Mərakeş Kral Dəniz Donanmasının (KDD) bölmələri ölkənin Aralıq dənizi və Atlantik sahilləri boyunca patrul xidmətində çalışaraq, avqustun 19-dan 23 -dək 438 qanunsuz miqrantı xilas edib.

Trend-in məlumatına görə, bu barədə Maghreb Arabe Presse informasiya agentliyi bildirib.

Məlumata əsasən, onların əksəriyyəti subsahara Afrika ölkələrindəndir. Həmçinin xilas edilənlər arasında üç Banqladeş vətəndaşı və bir türk olub. Miqrantlar gəmi ilə yolu keçməyə çalışsalar da çətinliklə üzləşiblər:

“Xilas edilən bütün miqrantlara KDD gəmilərində ilk yardım göstərilib. Bundan sonra onlar sağ-salamat Mərakeşin ən yaxın limanlarına aparılıb və kral jandarma zabitlərinə təhvil verilib”.