Heyət üzvlərində koronavirusa yoluxma qeydə alınan gəmi karantinə alınıb

208

Növbəti gəmidə koronavirusa yoluxma baş verib.

“Seanews.az”-ın əldə etdiyi məlumat görə, “ANVISA” sağlamlıq agentliyi Panama bayrağı altında üzən “GEORGIA HARMONY” quru yük gəmisi Braziliyanın Santos limanında lövbərdə dayanarkən  bəzi heyət üzvlərində şübhəli simptomlarla bağlı tibbi qeydlər aşkar edib və 19 dənizçinin hamısı üçün test sifariş edib.

Bir neçə gün sonra iki heyət üzvü ağır xəstələnib və xəstəxanaya aparılıb. Onlardan biri xəstəxanada vəfat edib, digərinin vəziyyəti ağırdır.

Daha 5 dənizçinin “COVID-19” üçün testi müsbət çıxıb.

Gəmi 14 günlük karantinə alınıb.