Qarpız yüklü bərə saydan çıxarılıb

209

“Seanews.az”-ın məlumatına görə, “Marş slavyanki”(“Slavyanka yürüşü”) yük bərəsi avqustun 25-də saydan çıxarılıb və Kamışina istiqamətində hərəkətini davam etdirir.

Bərə avqustun 23-də Volqa çayında, sahildən təxminən 80 metr aralıda saya oturmuşdu.  Hadisə zamanı bərədə 27 nəfər, 3 minik avtomobili və qarpızla dolu 11 yük maşını olub.

Xilasetmə işlərinə Rusiya Fövqəladə Hallar Nazirliyinin iki gəmisi də daxil olmaqla (“Kasatka” və “Kazanka”),  ümumilikdə 9 texnika və 21 nəfər cəlb edilmişdi.