Hindistan 2022-ci ildə yeni sıxılmış təbii qaz terminalını işə salmağı planlaşdırır

212

Hindistan 2022-ci ildə sıxılmış təbii qaz idxalını artıracaq. “Swan Energy” şirkəti yeni üzən terminalın işə salınacağını bəyan edib.

“Report” “Nefteqazovaya vertikal” jurnalına istinadən xəbər verir ki, bu, ölkənin soyudulmuş yanacağı yükləmək imkanlarını 12%, illik 47,5 milyon tonadək artırmaq imkanı verəcək.

Hindistanın sıxılmış təbii qazla bağlı yeni tələbatının Asiyada qaz qiymətlərini də dəstəkləyəcəyi gözlənilir. İnkişaf etməkdə olan ölkələrin kömür və neftdən qaza qismən keçməsi sayəsində ilin əvvəlindən indiyədək qaz qiymətləri rekord həddə çatıb.