Bakı Limanının təşəbbüsü ilə Belçika Krallığında keçirilən təlimin iştirakçıları ilə görüş keçirilib

202

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadov Bakı Limanı və Belçikada Krallığında yerləşən Antverp Beynəlxalq Limanının birgə həyata keçirdiyi “İnsan faktoru: Təhlükəsizlik, Mühafizə və Sağlamlıq” layihəsinin iştirakçıları ilə görüşüb. Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında baş tutan görüşdə, iştirakçıların təlimin keçirilməsi, Belçikanın müxtəlif dövlət və özəl şirkətlərlərində müşahidə etdikləri müasir texnalogiyalar, idarəetmə sistemləri barədə fikirləri öyrənilib, gələcəkdə keçiriləcək layihələrlə bağlı təklifləri dinlənilib.

Daha sonra qonaqlar üçün Bakı Limanının terminallarına tur təşkil edilib və burada limanın texniki imkanları, iş prosesi, yükün qəbul edilməsi və göndərilməsi, eyni zamanda Bakı Limanında mövcud olan anbarların növü və göstəriciləri ilə bağlı ətraflı məlumat verilib.

Sonda təlim iştirakçıları ilə xatirə şəkli çəkdirilib.