Fransada kater partlayıb, xəsarət alanlar var

225

Fransanın cənubundakı limanda katerin partlayışı nəticəsində üç nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə “France 3” telekanalı bildirib.

Məlumata görə, 10 metr uzunluğa malik kater Yer kommunasında yanacaq doldurmadan və yola düşmədən dərhal sonra partlayıb. İlkin informasiyaya əsasən, mühərrik işə salındıqdan sonra anbardakı yanacaq buxarları partlayıb, lakin hadisənin dəqiq səbəblərini araşdırmaçılar müəyyən edəcəklər.

Hadisə nəticəsində bir qadın ciddi yanıq xəsarətləri alıb, o, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə zamanı həmçinin 14 yaşlı qız və 50 yaşlı kişi də zərər çəkib.