Quru yük gəmisinin Ukraynadan çıxışına qadağa qoyulub

185

Bolqarıstandan Qara dəniz limanına gələn quru yük gəmisi Ukraynanın daxili sularını çirkləndirib.

Ukrayna Dövlət Sərhəd Xidmətinin sərhəd aviasiyası Qara dəniz üzərində hava patrulu zamanı xarici yük gəmilərindən birinin ətrafında “böyük qəhvəyi ləkələr” aşkar edib və bu barədə Dövlət Ekoloji Müfəttişliyinə və digər hüquq-mühafizə orqanlarına məlumat verib.

Ətraf müfəttişliyi analizlər götürüb və gəmi yoxlanılıb. Mütəxəssislər, akvatoriyanın Barbados bayrağı altında üzən və Bolqarıstandan taxıl üçün gələn bir gəmi ilə çirkləndiyini təsdiq ediblər.

Yük əməliyyatları başa çatsa da, 150 min qrivna məbləğində cərimə ödənilənə qədər gəminin limandan çıxmasına qadağa qoyulub. 

seanews.az