“Dəniz kuboku” müsabiqəsində hava hədəflərinə artilleriya atışları yerinə yetirilib-Foto/Video

200

“Dəniz kuboku” müsabiqəsində Azərbaycan, Rusiya, Qazaxıstan və İran hərbi gəmilərinin ekipajları hava hədəflərinə artilleriya atışları yerinə yetiriblər.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

Bu mərhələdə komandalara şərti düşmənin təyyarəsi gəmiyə aviasiya bombası atdıqdan sonra həmin hava hədəfinin artilleriya atəşləri ilə məhv edilməsi tapşırılıb.

Hərbi dənizçilər tapşırıqları yüksək peşəkarlıqla yerinə yetiriblər.