“ZILOS” quru yük gəmisində partlayış baş verib

220

“Seanews.az” bildirir ki, sentyabrın 1-nə keçən gecə ABŞ Sahil Mühafizəsindən Uruqvay Dəniz Xilasetmə Koordinasiya Mərkəzinə  “ZILOS”  gəmisində  partlayış baş verməsi və nəticədə bir heyət üzvünün həlak olması barədə təcili məlumat daxil olub.

Partlayışın maşın şöbəsində baş verdiyi və bundan sonra gəminin hərəkətsiz vəziyyətə düşdüyü ehtimal edilir.  

Panama bayrağı altında üzən  “ZILOS quru yük gəmisi” BƏƏ-dən Montevideoya gedirmiş. Hadisə Montevideodan 760 dəniz mili şərqdə qeydə alınıb.