Ekoloji cəhətdən təmiz quru yük gəmisi yaratmaq üçün birlikdə çalışacaqlar

208

Yaponiyanın “Mitsui O. S. K. Lines, Ltd.” və Hindistanın “Tata Steel Limited” şirkətləri ekoloji cəhətdən təmiz quru yük gəmisinin hazırlanması üçün anlaşma memorandumu imzalayıblar.

“Seanews.az” xəbər verir ki, “MOL”, təchizat zəncirində istixana qazı tullantılarını azaltmağa yönəldilmiş yeni layihədə “Tata Steel” ilə yaxından əməkdaşlıq edəcək.

“Tata Steel Limited” şirkətinin  təchizat zəncirinin vitse-prezidenti Peyuş Gupta demişdir: “Anlaşmanın məqsədi polad istehsalı üçün xammalın dəniz nəqliyyatı ilə nəqli zamanı istixana qazı emissiyalarını azaltmaqdır. Tərəfdaşlığın ilk mərhələsində müxtəlif texnologiyaların ekoloji faydası, kommersiya və istismar imkanları araşdırılacaq. Bura “Wind Challenger”,  külək enerjisindən istifadə hesabına ətraf mühitə tullantıları azaldacaq sərt yelkən də daxil olacaq. “MOL”, sahələrarası tərəfdaşlarla birlikdə texnologiyanı öyrənir və “Wind Challenger” ilə təchiz ediləcək ilk gəminin 2022-ci ildə istismara verilməsini planlaşdırır. “