Nəhəng tanker ətraf mühiti daha az çirkləndirəcək

192

“K Line” şirkəti , mayeləşdirilmiş neft qazı və ammonyak nəql etmək üçün böyük həcmli “VLGC” (“Very Large Gas Carrier”) qazdaşıyanı ilə bağlı “GYXIS” Korporasiyası ilə razılığa gəlib.

“Seanews.az”-ın məlumatına görə, Sakayda şəhərindəki «Kawasaki Heavy Industries” gəmiqayırma zavodunda inşa edilmiş gəmi mayeləşdirilmiş neft qazı ilə işləyəcək.

Tanker iki yanacaqlı mühərriklə təchiz olunacaq və ətraf mühiti daha az çirkləndirəcək.

Uzunluğu  230 metr, eni 37.2 metr, yük tutumu 86,7 min kubmetr olacaq gəminin 2023-cü ildə təhvil verilməsi planlaşdırılır.

Bu, “K Line” şirkəti  tərəfindən sifariş edilən dörd mayeləşdirilmiş neft qazı daşıyıcısından birincisi olacaq.