Sülh dövrünün ən böyük gəmi qəzasının araşdırılmasını istəyirlər

235

1994-cü ildə “Estoniya” bərəsinin qəzası nəticəsində dünyasını dəyişənlərin yaxınları, bərənin qalıqlarını araşdırmaq üçün hadisə yerinə xüsusi bir ekspedisiya göndərəcəklər.

Seanews.az”-ın məlumatına görə, bu barədə faciə qurbanlarının yaxınlarını birləşdirən “Memento Mare” qeyri-hökumət təşkilatının sədri Rayvo Hellerma çərşənbə günü “Postimees” qəzetinə danışıb. O deyib: “Biz günahkarları axtarmırıq və hazır bir nəzəriyyənin təsdiqini tapmağa da çalışmırıq. Sadəcə düşünürəm ki, mövcud sualların heç olmasa bir neçəsinə cavab tapmaq üçün unikal fürsət yaranıb”.

Qeyd edək ki, “Estoniya” bərəsi Tallindən Stokholma müntəzəm yük və sərnişin səfərləri həyata keçirirdi. Bərə 1994-cü il sentyabrın 28-də gecə Baltik dənizində, Finlandiyanın Utyo adasından 35 km cənub-şərqdə batdı. Bərədəki 989 nəfərdən 852-si həyatını itirdi.  Bu, keçən əsrdə sülh dövrünün ən böyük gəmi qəzası idi.